"Uğursuzluğun səbəbkarı Böyükağa Hacıyevdi"

14:17 - 24 İyul 2013

Alim Qurbanov: "Bahadır və Araz Abdullayev əsas heyətdə oynasa idi, komandaya daha çox xeyir verə bilərdi"
 
“Neftçi” Bakıda da zəif oynadı, orada da. Əslində, bu mərhələni keçməli idilər. Böyükağa Hacıyev Bahadırı niyə oynatmadı mən bilmədim. Bahadır çox xeyir verə bilərdi “Neftçi”yə. İmkanları var idi, amma vura bilmədilər.
 
Bu sözləri Sportal.az-a açıqlamasında veteran futbolçu Alim Qurbanov deyib. Qurbanov növbəti mərhələyə keçə bilməyən "Neftçi"ni dəyərləndirdi:
 
"Qol buraxdıqdan sonra “Neftçi” başladı nəsə göstərməyə. Bunu başdan eləmək lazım idi. Oturdular arxada ki, bəlkə penaltilərdə nəsə edərlər. O da, qismət olmadı.
 
Günah hamısı Hacıyevdədi. Danışıb ki, hakim onlara kömək elədi. Mən fikirləşirəm ki, hakim heç kimə kömək etmədi. Qırmızı vərəqə haqlı idi. Qırmızı vərəqədn sonra “Neftçi” daha yaxşı oynadı. Bahadır və Araz Abdullayev əsas heyətdə oynasa idi, komandaya daha çox xeyir verə bilərdi. Mən elə bildim ki, Rəşadın zədəsi var, amma gördüm ki, buraxdı meydana. Dəyişikliklər də düzgün deyildi.
 
İnşallah, sabah inanıram ki, “Qarabağ” bizi sevindirər. O birilərinə də uğurlar arzu edirəm. Sabah gedib “Xəzər Lənkəran”ın oyununa baxacam. Bütün klublarımıza uğurlar arzu edirəm”.

Xəbər xətti