"İnter", "Xəzər Lənkəran"a yox, "Qarabağ"a inamım var"

14:27 - 24 İyul 2013

Yunis Hüseynov: "Neftçi" sürətli oyun göstərmirdi"
 
“Neftçi” mərhələ keçə bilmədi. Demək olar ki, o komanda həddindən artıq zəif idi”.
 
Bu sözləri Sportal.az-a açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib. O, dünən Çempionlar Liqasında mübarizəni dayandıran “Neftçi”nin oyunu barədə fikrilərini söyləyib:
 
“Onlar çox zəif futbol oynayan komanda idi. “Neftçi” elə bir meydançaya top saxlamağa çıxmışdı. Rəqib komanda tərəfə keçmək istəmirdi. “Neftçi” meydanın mərkəzində top saxlayırdı. Sürətli oyun göstərmirdi. Kobud səhvdən sonra Mitrevski qırmızı vərəqə alandan sonra onların qol imkanları həddindən artıq çox oldu. Elə bil ki, 90 dəqiqə qurtarandan sonra 10 nəfərlə qalan komanda təmiz ruhdan düşdü. Mənə gəlir ki, əlavə olunmuş dəqiqələrdə Vobayı dəyişsəydilər, daha yaxşı olardı. Demirəm pis oynadı, normal oynadı, amma yorulmuşdu. Təəssüflər olsun ki, “Neftçi” növbəti mərhələyə çıxa bilmədi. Desəm ki, “Neftçi” yaxşı oynadı, yox, oynaya bilmədi”. 
 
Hüseynov “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin istefa verəcəyi açıqlamasına da münasibət bildirib:
 
“O barədə heç nə deyə bilmərəm. O onun şəxsi işidi. Amma oyundan qabaq istefa verəcəyi haqqında açıqlamasını eşitmişdim”. 
 
Yunis Hüseynov Avropa Liqasında mübarizə aparan hər 3 komandamız haqqında da fikirlərini açıqlayıb: 
 
“Avroliqadakı hər 3 klubumuza uğurlar arzulayıram. İnanmıram ki, “Xəzər Lənkəran” nəsə nəticə əldə edə bilsin. Ola bilər ki, təsadüfən rəqibi udsun. Amma o qədər də inamım yoxdu. Əgər “Makkabi” İsraildə oynadığı oyunu Lənkəranda oynasa, mümkün ola bilər ki, “Xəzər Lənkəran” udsun. Sanki “Makkabi” İsraildə məşq edirdi, futbol oynamaq istəmirdi. Oyunun gedişatı elə göstərirdi ki, sanki məşq edirdi, qol vurmaq istəmirdi, yoxsa özlərindən çox razı idi. Əgər elə oynasalar, mənə elə gəlir ki, onları keçmək mümkündü. Amma “Xəzər Lənkəran” inanmıram ki, onları keçsin.
 
“Qarabağ” evdə qalib gəlməsinə baxmayaraq, onların da işi çətin olacaq. Asan qələbə qazanacağına inanmıram. Deyəsən, Polşa klubu axırıncı çempiontada da qalib gəlib. Oyun ağır olacaq. Amma “Qarabağ”a inamım var ki, “Pyast”ı keçə bilər. 
 
“İnter”in rəqibini isə tanımıram. Oyunlarını görməmişəm. Onlar da 2:0 hesabı ilə məğlub olub. “İnter” üçün də çətin olacaq. Açığı, “İnter”, “Xəzər Lənkəran”a yox, “Qarabağ”a inamım var. Hər 3 komandamıza da uğurlar”.  

Xəbər xətti