Con Toşak: "Ümidimiz qətiyyən azalmayıb"

20:49 - 24 İyul 2013

"Çalışacağıq ki, sürprizə imza ataq"

 

“Özümüz işimizi çətinə salmışıq. Ümumiyyətlə, "Makkabi" çox güclü rəqibdir”.

 
Sportal.az xəbər verir ki, bu sözləri bu gün Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa) ilə cavab oyunöncəsi keçirilən mətbuat konfransında "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib. Mərhələ keçmək ümidlərinin azalmadığını deyən uelsli mütəxəssis fikrini belə izah edib:
 
 “Biz bunu oyundan öncə də bilirdik və 90 dəqiqə ərzində onların üstün cəhətlərini bir daha gördük. Matçın qırılma nöqtəsi 50-60-cı dəqiqələr arasında oldu. Əlimizə düşən real qol şanslarından yararlana bilmədik. Az sonra isə qapımızda kobud səhv sonrası ikinci qolu gördük. İkinci qol isə bizim üçün "soyuq duş" rolunu oynadı. Bununla belə, ümidimiz qətiyyən azalmayıb. Əgər bu gün biz Avropa Liqasında mübarizə aparırıqsa, əlimizə yanımıza salmamalı, irəli boylanmalıyıq. Çalışacağıq ki, sürprizə imza ataq”.
 
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Makkabi” matçı sabah saat 21:00-da başlayacaq. 

Xəbər xətti