Gürcüstanda nazir olmağa namizəd xanım "Qarabağ"a belə dəstək oldu FOTO

15:51 - 25 İyul 2013

Ramilə Əliyeva Ağdam təmsilçisinə uğurlar arzuladı
 
Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
 
Sportal.az xəbər verir ki, “Qarabağ” səfərdə “Pyast”ın qonağı olacaq. Bu gün "Qarabağ"a dəstək verənlərdən biri də qonşu Gürcüstandandır.
 
Belə ki, Gürcüstanda nazir olmağa namizəd azərbaycanlı xanım, Dialoq və İnkişaf Fondunun prezidenti Ramilə Əliyeva da bu gün "Qarabağ"ı dəstəkləyəcək. Ramilə Əliyevə öz facebook səhifəsində "Qarabağ"ın formasını geyinərək şəkil paylaşıb. Ramilə Əliyeva bu gün "Pyast"la qarşılaşmada "Qarabağ"a uğurlar arzulayıb.
 
Qeyd edək ki, bir neçə gün bundan qabaq "Qarabağ" Futbol Akademiyasının baş kordinatoru Emin Abbasov Gürcüstana səfər etmiş və Ramilə Əliyevaya "Qarabağ"ın formasını hədiyyə etmişdi.
 

Xəbər xətti