Əli Sahib: "Neftçi" özünü gözdən salır" AKTUAL

16:26 - 25 İyul 2013

"Azərbaycanda istefa vermək mədəniyyəti yoxdu"
 
“Buna oyunmu deyim, yoxsa, düşünülmüş addımmı deyim ki, Böyükağa Hacıyev belə bir açıqlama verib. Əslində məğlubiyyətə görə istefa verərmi, yoxsa, canını qurtarmağı ən yüngül variant sayır?”.
 
Bu sözləri Sportal.az-a açıqlamasında fanat.az saytının baş redaktoru Əli Sahib deyib. O, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin istefa verəcəyi xəbərinə belə şərh verib: 
 
“Sadəcə olaraq “Neftçi” rəhbərliyi çıxıb azarkeşlər, ümumiyyətlə Azərbaycan ictimaiyyəti qarşısında məğlubiyyətin səbəbi haqqında açıqlama, hesabat verməlidi. Məğlubiyyətdən heç kim siğortalanmayıb. Avvəl “Neftçi” Zaqreb “Dinamo”suna məğlub olanda Arif Əsədovun vaxtında hamı tənqid etmişdi. Amma indi onlar “Skenderbeu”ya məğlub oldular. Mən deyərdim ki, bu komanda “Dinamo”dan 5 qat zəif komandadı. Əslində bu məğlubiyyətin səbəbləri açıqlanmalıdı. Ondan sonra məlum olmalıdı ki, kimlər getməli, kimlər qalmalıdı. Buna səbəb sadəcə məğlubiyyət idimi? Mən düşünürəm ki, bu işin arxasında başqa məqamlar var. Klub susur, heç bir açıqlama vermir. Açıqlama olmalıdı ki, “Neftçi”də nə baş verir? Orda oynayan “Neftçi” idimi? “Neftçi” belə oynamırdı. Hökmən kiminsə torbasını tikmək üçün klub Çempionlar Liqasını qurban verməlidi? Mənə elə gəlir ki, bu, normal addım deyil. Burda sadəcə bir oyundan söhbət gedir. Bu oyuna görə də Azərbaycanın bir klubu Çempionlar Liqasını qurban verdi. “Skenderbeu” kimi klubu məğlub edə bilməyən komandada mən anlamıram nə baş verir? “Neftçi” həmin “Neftçi” deyil. “Neftçi”nin keçən ilki uğurunu danmıram, heç kimin əziyyətini danmıram. Sonuncu “Skenderbeu” ilə oyun göstərdi ki, elə komandada bir dənə əziyyət çəkən Kanales imiş. Bəs, hanı həmin “Neftçi”? Ürəyim yanır onlara. Həqiqətən çox əsəbləşdim. Keçən il “Neftçi” bizi ruhlandırdı, Avroliqada qrup mərhələsinə düşdü. İstəyirdik ki, davamı gəlsin. Buna görə də hamı aqressivdi. “Neftçi” bu dəqiqə mətbuatı qınamalı deyil. Oturub yol axtarmalıdılar. Bunlar hamısı uşaq söhbətləridi. Çünki istefa verən açıqlamır ki, mən sabah istefa verəcəm. Bu, ayıbdı. “Neftçi” özünü gözdən salır. Əgər mənim fikrim şəxsən öyrənilirsə, “Neftçi” açıqlamalıdı ki, komandada nə baş verir? Ondan sonra futbol ictimaiyyəti müzakirə etməlidi ki, kimlər getsin, kimlər qalsın. O mənada ki, məsələn, Böyükağa Hacıyev getməli deyildi, filankəs getməlidi. Təbii ki, bu, “Neftçi”yə aid deyil. Onlar özləri bilir kimi götürəcək, kimi yox. Bir oyunla uduzmaqla klubu söküb təzədən yığmaq, tutaq ki, rəhbərlik getməlidi. Ona qədər də “Neftçi” çempionatın yarısını buraxacaq. Onda da gəlib 6-7-ci yerə çıxacaq. Bəlkə də vəziyyəti pisləşəcək. Bilirsiz, istefa verən ərizəsini hazırlayır, sonra da çıxıb gedir. Rəhbərlik qəbul etdi, ya yox. O lazım deyil. Mən özümü hörmətdən salmaq istəmirəm. Təkcə Böyükağa Hacıyevdən söhbət getmir. Tutaq ki, Sadıq Sadıqov istefanı qəbul etmədi, mən də qayıtdım işlədim. Azərbaycanda istefa vermək mədəniyyəti yoxdu. Ona görə də istefadan danışmağa ehtiyac yoxdu. Dəfələrlə eşitmişik ki, Böyükağa Hacıyev, Tahir Süleymanov istefa verdi, digər klublarda kimsə istefa verdi. Klubda nəsə baş verir ki, kimsə gedir və kimlərsə gəlir. Amma hələ bilmirik klubda nə baş verir. Əsas odu ki, bunu gündəmə gətirirlər ictimaiyyəti hədəfdən yayındırırlar. Əslində problem başqadı. O problemləri qabartmamaq üçün “Neftçi” istefalarla gündəmə gəlir. Əslində mətbuat da bir az ağıllı olmalıdı. Komandanın mətbuat xidmətindən də açıqlama gəlməlidi. Belə bir məsəl var. Çayda boğulan saman çöpündən tutur. Ümid edir ki, çıxacaq. İndi də “Neftçi” o vəziyyətdədir. Məğlubiyyətdi, dünyanın axırı  deyil. Düzdü, komandaya yaraşmayan məğlubiyyət idi. Oyundu, olur da. Amma çıxıb belə şeylər etmək yaraşmaz. Klub bir yerə toplaşmalı və açıqlama verilməlidi. Problemi klub özü həll etməlidi”. 

Xəbər xətti