Qurban Qurbanov Polşadakı zəfərdən danışdı

01:14 - 26 İyul 2013

"Mən daha əvvəl də demişdim ki..."

 

“Bu, bizim üçün çox maraqlı və ağır mübarizə idi. Hər iki komanda çox yaxşı oynadı”. 

 
Sportal.az xəbər verir ki, bu sözləri səfərdə "Piast"la 2:2 hesablı bərabərlik əldə edib növbəti mərhələyə keçən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Polşadakı zəfəri şərh edən təcrübəli çalışdırıcı bu sözləri deyib:
 
"Mən daha əvvəl də demişdim ki, “Pyast” qol vurmağı sevir və bu səbəbdən də biz öncə bunu etmək istədik. Erkən qol da bizim işimizə yaradı. Çətin mübarizədən sonra rəqibimizə təşəkkür etmək istəyərəm. Onlara mövsüm ərzində uğurlar arzulayıram”. 

Xəbər xətti