"Gefle" "Anortosis"lə oyunda göstərdi ki, ..."

14:46 - 1 Avqust 2013

Elxan Abdullayev: "Qarabağ" çalışmalıdır ki, çox qol vursun"
 
“Qarabağ”dan ancaq qələbə gözləyirəm. Bu dəfə də bizi sevindirdilər. Ümumiyyətlə onların avrokuboklardakı çıxışını bəyənirəm. Bu gün də əminəm ki, “Qarabağ” “Gefle”ni məğlub edəcək".
 
Sportal.az xəbər verir ki, bu sözləri futbol mütəxəssisi Elxan Abdullayev deyib. Abdullayev Qurban Qurbanovun düzgün taktika seçəcəyinə inanır:
 
"Bilirsiniz, “Qarabağ” kompleksləşmiş komandadı. Qurbanovun komandasında elə futbolçular var ki, zədəli Reynaldo, Vüqar Nadirov kimi futbolçuları layiqincə əvəzləyə bilər. “Gefle” “Anortosis”lə oyunda göstərdi ki, bu komanda ev komandasıdır. Yəni, öz meydanımızda bu komandanı məğlub edə bilərik. Əgər onlar Kiprdə məğlub olursa, gəlib evdə qalib gəlib növbəti mərhələyə çıxa bilirsə, deməli bu komanda evdə yaxşı mübarizə aparır. 
 
Ona görə də “Qarabağ” çalışmalıdır ki, çox qol vursun. “Pyast”la oyunda da göründü ki, rəqibin heyətində ucaboy futbolçular çoxdu. “Gefle” ilə oyunda da çalışmalıyıq ki, rəqibə cərimə zərbəsi və künc zərbəsi az qazandıraq. Onların üstünlüyü ancaq bunlar ola bilər. İnanıram ki, Qurban Qurbanov düzgün taktika seçib bizi sevindirəcək".

Xəbər xətti