"Allaha şükürlər olsun ki, ayağımdakı zədə elə də ciddi deyil"
"Allaha şükürlər olsun ki, ayağımdakı zədə elə də ciddi deyil. Yəni dartılma olub, cırılma olmayıb. Həkimlər 10-15 gün meydanlara çıxa bilməyəcəyimi deyirlər. Əgər zədəm tez sağalsa, cavab görüşündə meydana çıxmaq istəyirəm".
Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın yarımmüdafiəçisi Vüqar Nadirov deyib. Nadirov "Gefle" ilə oyuna bütün azarkeşləri stadiona dəvət edib:
"İnşallah qalib gələn tərəf biz olarıq. Komandama güvənirəm. Mənim yoxluğumda komandamızın heyətində məni layiqli əvəzləyə biləcək futbolçular çoxdu. Bu gün bütün azarkeşlərimizi stadiona dəvət edirəm".
saytlarin hazirlanmasi