Qurban Qurbanov: "Onları topsuz qoymağa çalışdıq"

00:11 - 2 Avqust 2013

"Qələbəyə inandıq və bunu bacardıq"

 

"Oyun ağır keçdi. Sona kimi mübarizə apardıq. belə rəqiblə oynamaq çətin idi, amma oyunçularım sona kimi əllərindən gələni etdilər". 

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ" - "Gefle" (1:0) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Səfərdə çətin oyun keçəcəyini deyən təcrübəli mütəxəssis sözlərinə belə davam edib:

 

"Onları topsuz qoymağa çalışdıq. Qələbəyə inandıq və bunu bacardıq. Bizi səfərdə çətin mübarizə gözləyir. İkinci oyunda diqqətli olmalıyıq. Qarşıda çempionat oyunlarımız da var və onun üçün də çalışmalıyıq. Mən oyun davam edərkən fikirləşdim ki, Gelaşvili ilə bağlı mənə çox sual olacaq. əxlaqlı insandı onun ustalığına bələdik. Kim yaxşıdı. ona şans verəcəm. Mən də Ukraynada olanda bir neçə oyunda qol vura bilmədim, Amma sonda qol krallığında ikinci oldum. Əlimdə olan imkanlardan maksimum istifadə etdim".

 

"Həkim razılığından sonra onu meydana buraxdım. Leroy Corc pis deyildi. Sadəcə olaraq Muarrem Muarrem çaxdandır oynamır. Buna baxmayaraq, o , oyunumuzu pozmadı. Mən ondan başqa cür istifadə etdim. Rəqib çox çətin komandadı. Səfərdə bizi başqa cür oyun gözləyir".

Xəbər xətti