"Piast" heç bu qədər müdafiə olunmurdu"
"Gefle" ilə 1:0-lıq qələbədən sonra "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovun Sportal.az-a müsahibəsini təqdim edirik:
- Son dəqiqə qolu ilə ilk matçda qalib gəldiniz. Oyun barədə nə deyə bilərsən?
-Çətin oyun oldu. Rəqibin müdafiə oyunu oynayacağını bilirdik, amma bu qədərini fikirləşməmişdik. Çox yaxın oynayırdılar. Beş nəfərlik müdafiə qurmuşdular. Bunu nəzərə almışdıq, amma yenə də öz oyunumuzu oynadıq. Hesabın 0:0 bitəcəyini gözləyirdim. Amma şükürlər olsun ki, Reynaldo son dəqiqələrdə qol vurdu. Üç braziliyalı yaxşı hücum qurdu. Gözəl qol alındı. Hamını təbrik edirəm.
- Rəşad, səfərdəki oyun haqqında nə düşünürsən?
- Yaxşı haldır ki, qələbə qazandıq, amma yenə də şanslar bərabərədir. Yenə də çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək. Əsas odur ki, orda yaxşı nəticə qazanıb növbəti mərhələyə adlayaq.
- "Piast" güclü idi, yoxsa "Gefle"?
- "Piast" həm özü oynayırdı, həm də bizə imkan verirdi ki, oynayaq. Amma bu komanda daha narahat komandadır. oynamağa imkan vermirdilər. "Piast" bunlardan daha yaxşı idi. Ən azından bu qədər müdafiə olunmurdu.
- Yəqin ki, növbəti mərhələdə Skandinaviya komandalar ilə düşmək istəməzsiniz?
- Əslində biz növbəti mərhələdə "Anortosisi" gözləyirdik. Amma elə oldu ki, bu rəqib oldu. Bunu keçək. Qarşıdakı rəqibə baxacağıq, görək nə olur.
- "İnter"lə oyun size problem olmayacaq ki?
- Oyunumuz təxirə salınmadı. Oynayacağıq. "İnter"lə oyun da çətin olacaq. Burda da, səfərdə də, süni meydançada oynayacağıq. Yəni çətin olacaq. Bizim öyrəşmədiyimiz durumdu. Yəqin ki, məşqçilər korpusu bu barədə düşünəcək.
- Oyunun təxirə salınması üçün "Qarabağ" müraciyət etmədi, yoxsa, PFL icazə vermədi
- Bu barədə bilmirəm.
saytlarin hazirlanmasi