"Səfərdə də qələbə qazanmağa çalışacağıq"
"Qarabağ"ın hücumçusu Ulrix Kopolonqonun Sportal.az-a müsahibəsi
- Dünənki oyun haqqında fikirlərini bilmək istərdik...
- Çətin oldu. Qələbə qazandığımız üçün sevinirik. Amma bu qələbənin bizə necə çətin başa gəldiyini hamı gördü. Bu qədər qol şanslarımız oldu, amma yalnız birini istifadə edə bildik. Amma əsas qələbədir.
- Nə üçün bu qədər qol şanslarından komanda istifadə edə bilmir? “Piast”la səfər oyununda da eyni hal yaşanmışdı...
- Bu futboldur. Belə şeylər olur. Bəzən bəxtimiz gətirmir. Amma yenə də qalib gəldik. Biz bu qələbəyə layiq idik. Reynaldo sonda hamıya sevinc bəxş etdi.
- 1:0 hesablı qələbəni sizin üçün nə dərəcədə üstünlük saymaq olar?
- Hələ qarşıda bir oyun var. Ona görə də arxayınlaşmaq olmaz. Yəni belədə böyük üstünlüyə malik deyilik. Şansları bərabər saymaq olar. Amma biz səfərdə də qələbə qazanmağa çalışacağıq.
- Səfərdə bu çətin olmayacaq?
- Əlbəttə, çətin olacaq. Amma var gücümüzlə oynayacağıq. Azarkeşlərə sevinc bəxş etmək niyyətindəyik.
- “Piast”la səfər oyununda yaxşı tərəfdən özünü göstərdin və “Qarabağ”ı üçüncü mərhələyə daşıyacaq qolu vurdun. Amma bu oyunda start heyətdə meydana daxil olmadın. Səbəb nə idi?
- Bu baş məşqçimizin qərarıdır. Mən hər zaman meydana daxil olub komandama kömək etməyə hazıram. Baş məşqçimiz nə vaxt deyirsə, meydana giirib öz oyunumuz oynayıram və əlimdən gələni edirəm.
- Səfər oyununda meydana start heyətində çıxacağını düşünürsən?
- İnanıranm ki, meydana start heyətində çıxacağam və komandama sevinc bəxş edəcəm.
- “Gefle”nin bu qədər müdafiədən oynayacağını gözləyirdin?
- Gözləyirdik. Amma bu qədər deyil.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi