Mövsümün ilk oyununu "Qəbələ" qazandı YENİLƏNİB

20:29 - 2 Avqust 2013

Mövsümün açılış oyunu
 
Bu gün Topaz Premyer Liqasında 2013/14 mövsümünə start veriləcək. Sportal.az xəbər verir ki, 3 gün davam edəcək turun ilk oyun günündə azarkeşlər yalnız bir qarşılaşmaya şahidlik edəcək. 
 
Belə ki, açılış matçında “Bakı” klubun təlim-məşq bazasının stadionunda “Qəbələ”ni qəbul edəcək. Bu görüşü iki yeni baş məşqçi - serbiyalı çalışdırıcı Milinko Pantiç və rusiyalı mütəxəssis Yuri Syominin dueli də adlandırmaq olar. Mövsümdə ilk matçına çıxacaq olan hər iki baş məşqçi Azərbaycan çempionatında debüt edəcək. 
 
Bu vaxta qədər 20 dəfə üz-üzə gələn komandaların duelində “zolaqlılar” 12 dəfə rəqibi üzərində qələbəyə sevinib. 4 dəfə qalib gələn “qırmızı-qaralar” 4 oyunda da meydandan sülhlə ayrılıb. Qapılar vurulan 39 topdan isə 25-inə paytaxt təmsilçisi imza atıb. 
 
Qeyd edək ki, Topaz Premyer Liqasında I tura avqustun 4-də keçiriləcək iki oyunla yekun vurulacaq.
 
Topaz Premyer Liqası
I tur
2 avqust (cümə)
18:30. “Bakı” - “Qəbələ” 1:2 
Qol: Kolonas, 13 - Viktor Mendi, 61,81

Xəbər xətti