Ebesilio: "Bu oyun elə də yaxşı oynamadım, amma ..."

11:51 - 3 Avqust 2013

"Qəbələ"nin yeni transferi oyunla bağlı fikirlərini bildirdi
 
"İlk hissə biz öz işimizi şətinə saldıq ancaq ikinci hissə özümüzə gəldik. Bunun səbəbi isə birinci hissədə komanda yeni idi və çempionatın ilk oyunu idi".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ"nin yeni transferi Lorenzo Ebesilio deyib. Ebesilio "Bakı"nı 2:1 məğlub etdikləri oyunla bağlı fikirlərini bildirib:
 
"İkinci hissə bizə lazımi qolları vurduq və üç xalı qazandıq. Artıq mən də komandaya tam uyğunlaşmışam. Bu oyun elə də yaxşı oynamadım, amma gələn oyunlarda öz oyunumla öz sözümü deyəcəm".

Xəbər xətti