İlk turun oyunları davam edir
Bu gün Azərbaycan Premyer Liqasında 2013/14 mövsümünün növbəti oyunları keçiriləcək. Sportal.az xəbər verir ki, ikinci matç günündə iki qarşılaşma baş tutacaq.
İlk öncə meydana "Simurq" və "Rəvan" çıxacaq. Baş hakimi Orxan Məmmədov olacaq oyununun start fiti saat 18:30da veriləcək.
Günün ikinci matçında isə "Neftçi" və AZAL üz-üzə gələcəklər. “Bakcell Arena”da baş tutacaq oyunda "Neftçi"ni Böyükağa Hacıyevin istefasından sonra ilk dəfə meydana Tərlan Əhmədov çıxaracaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının açılış günündə “Qəbələ” səfərdə “Bakı” ilə qarşılaşıb. Baş məşqçi Yuri Syominin yetirmələri “zolaqlıları” 2:1 hesabı ilə məğlub edərək, turnirə qələbə ilə start verib.
Topaz Premyer Liqası
I tur
3 avqust (şənbə)
18:30. “Simurq” – “Rəvan” 2:0
QOL: Stepan Polyak, 61, Orxan Səfiyaroğlu, 86
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Nahid Əliyev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu
20:00. “Neftçi” – AZAL 4:1
Qol: Bahodır Nasimov, 9, Flavinyo, 29, Rəşad Sadiqov, 37, Emin Mehtiyev, 90+2 - Con Oluremi,57
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Azər Əsgərov, Ramil Diniyev
“Bakcell Arena” stadionu
saytlarin hazirlanmasi