Riçard Almeyda xəstəxanaya aparıldı VİDEO

22:20 - 4 Avqust 2013

"Ola bilər ki, beyin silkələnməsi olsun"

 

"İnter"lə oyunun son dəqiqələrində "Qarabağ"ın aparıcı futbolçularından olan Riçard Almeyda zədələnərək meydanı tərk edib. O, rəqib futbolçu Brüs Abdulaye ilə toqquşmada başından zədə alıb. 

 

Almeydanın son durumu ilə bağlı "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovun fikirlərini öyrəndik:

 

"Toqquşmadan sonra Riçardın ürəkbulanması oldu. Ola bilər ki, beyin silkələnməsi olsun. O, xəstəxanaya aparıldı və müayinədən sonra onun zədəsi ilə bağlı dolğun məlumat olacaq. Xəstəxanaya aparılarkən özünü normal hiss etdiyini dedi, hətta zarafat da etdi". 

 

Qeyd edək ki, 1-ci tur çərçivəsində keçirilən "İnter" - "Qarabağ" matçı qonaqların 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Xəbər xətti