Nikola Qliqorov: "Xəzər Lənkəran" fiziki cəhətdən zəifdir"

22:45 - 4 Avqust 2013

"1:1 hesabı bizim üçün yaxşı nəticədir"

 
“Oyun çətin oldu. Psixoloji cəhətdən hələ özümüzə gələ bilməmişik. İnanıram ki, bundan sonra toparlanmağa başlayacağıq". 
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Nikola Qliqorov deyib. Qliqorov nəticədən mənmun qaldığını da vurğulayıb:
 
"Xəzər Lənkəran" fiziki cəhətdən komanda zəifdir. Fiziki problemlərimiz var. İnşallah bundan sonra daha yaxşı olacaq. Belə vəziyyətdə 1:1 yaxşı nəticədir. Qarşıda bizi daha çətin oyunlar gözləyir”.

Xəbər xətti