"Marsel"in futbolçusu "Xəzər Lənkəran"ın hədəfində ÖZƏL

14:47 - 6 Avqust 2013

Lukaş Mendeş cənub klubuna gələ bilər
 
"Makkabi"yə 0:8 hesabı ilə məğlubiyyətdən sonra "Xəzər Lənkəran" 4 futbolçunu komandadan kənarlaşdırdı. Komandanın baş məşqçisi Con Toşak bu boşluqları qış transfer pəncərəsi bağlanana qədər doldurmaq niyyətindədir.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, uelsli mütəxəssis Fransanın "Marsel" klubunun müdafiəçisi Lukaş Mendeşi almaq fikrindədir. Artıq  "ağ yaşıllar"ın futbolçu ilə danışıqlara başladığı deyilir. 
 
Əldə etdiyimiz digər məlumata görə, bu futbolçuları komandaya bundan sonra "Xəzər Lənkəran"da seleksiyaçı məşqçi işləyəcək Mario Souza gətirəcək.

Xəbər xətti