"Maksimum bacardığımız yerə qədər getmək istəyirik"
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin Sportal.az-a müsahibəsi
- “Gefle” ilə çətin ev oyunundan sonra Premyer Liqada “İnter”lə qarşılaşdınız. Necə keçdi oyun?
- “Gefle”ylə səfər oyununa yaxşı əhval-ruhiyyədə yollanmaq üçün “İnter”lə matç da vacib idi. Şükürlər olsun ki, yaxşı nəticə qazandıq.
- “İnter”lə oyunda məğlub durumda olsanız da, sonda sevinən tərəf oldunuz...
- “İnter”lə heç vaxt asan oyunumuz olmayıb. Çox çətin oldu məğlub durumdan qalib olmaq.
- “Gefle” ilə oyunöncəsi Premyer Liqada keçdirdiyiniz ağır oyun sizə problem yaratmaz?
- İsveçdəki oyunda yorğun olmayacağıq. Çünki dincəlmək üçün kifayət qədər vaxtımız oldu.
- Səncə, “Gefle” doğma meydanda da Bakıdakı oyunun davamını oynayacaq?
- Düşünmürəm ki, elə olsun. Fikirləşirəm ki, onlar daha çox hücum edəcəklər.
- Amma onların çox ləng komanda olduğunu nəzərə alsaq, heç də xeyli hücum gözləmək olmaz...
- Bunu oyun göstərəcək.
- “Gefle” “Anortosis”lə oyunda sürpriz etmişdi. Səfərdə 3:0 hesabı ilə uduzsa da, doğma meydanda 4:0 hesabı ilə qalib gələrək, 3-cü təsnifat mərhləsinə adlayıb. Belə sürprizdən qorxmursuz?
- Bundan əvvəlki oyunlarına baxmışıq. Komandanın güclü yerlərini bilirik. Çalışıb onların qarşısını alacağıq. Sürprizlər hər zaman olur futbolda. Buna həmişə hazır olmaq lazımdır.
- Almeydanın zədələnməsi komanda üçün nə qədər problem olacaq?
- Onun zədələnməsi bizim üçün gözlənilməz oldu. Onun yoxluğunu doldurmaq üçün əlimizdən gələni edəcəyik.
- “Qarabağ”ın səfər meydanında da hücum futbolu oynayacağını gözləmək olar?
- Əlbətə, bir qol bizim üçün qızıla bərabərdir. Çalışıb oyunun elə ilk dəqiqələrindən hücum edib qol vurmalıyıq.
- Bütün Azərbaycan “Neftçi”nin ötənilki uğurunu bu il sizdən gözləyir...
- Maksimum gedə biləcəyimiz yerə qədər gedəcəyik. Qismət olsa, biz də qrupda oynamaq fikrindəyik. Hər şey ola bilər. Çalışacağıq ki, “Neftçi”nin uğurunu təkrarlayaq.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi