Junior Nildo: "İnanıram ki, Etamenin dediyi kimi olacaq" MÜSAHİBƏ

15:06 - 12 Avqust 2013

"Qarşıda hələ oyunlar çoxdur"
 
"Xəzər Lənkəran"ın hücumçusu Junior Nildonun Sportal.az-a müsahibəsi
 
- Əvvəlcə, oyun barədə danışardın...
- “Simurq” yaxşı komandadır. Bunu oyunda da göstərdi. Biz də qələbə üçün meydana çıxmışdı. Rəqib ilk oyunda qələbə qazanmışdı. Bizimlə oyunda qalib gəlmək niyyətdinə idilər. Meydanda yaxşı mübarizə apardılar. Amma bizim qol şanslarımız çox oldu. Sadəcə son nöqtəni qoya bilmirdik.
 
- Qələbə qazanmamağınıza səbəb nədir?
- Bu barədə tam səbəb demək çətindir. Amma qol imkanlarımızdan istifdə edə bilməmək ən böyük problemdir. Bu ötən  oyundada belə olmuşdu. 
 
- Komandanin problemi tekce qol vurmamaqdir? 
- Problemlər haqqında baş məşqçimiz danışa bilər.
 
- “Xəzər Lənkəran”ın fiziki durumu çox zəifdir. Bu dünənki oyundan da göründü...
- Mən bu barədə düşünmürəm. Mənim işim meydana çıxıb öz oyunumu oynamaqdır. Mən də qələbə üçün əlimdən gələni edirəm.
 
- AZAL-da olanda daha çox qol vururdun. Sən ötən il bombardirlər siyahısında ikinci oldu. Bəs indi nəyə görə fərqlənə bilmirsən? Avroliqanı da nəzər alsaq, 6 oyunda cəmi 2 qol vurmusan...
- Avroliqada 1 qol vurdum. Hər halda əlimdən gələni etdim komandam üçün. Amma Premyer Liqa hələ yenicə start götürüb. Cəmi iki oyun oynamışıq və bir qol vurmuşam. Qarşıda hələ çox oyunlar var. Ötən mövsüm arxada qaldı və mən yaxşı qollar vurdum. Artıq yeni mövsüm başlayıb və mən yeni komandadayam. Burda da əlimdən gələni edəcəm ki, qollar vurub, komandama vacib qələbələ qazandırım. 
 
- Mbilla Etame müsahibəsində sənin haqqında danışmışdı. Səninlə yaxşı bir duet təşkil edəcəklərini bildirmişdi. Sən nə deyərdin bu barədə?
- Mən həmin müsahibəni görməmişəm. Amma inanıram ki, onun dediyi doğru olar. O yaxşı futbolçudur. İnanıram ki. onun dediyi kimi olacaq.
 
- Qarşıdakı turda çox çətin rəqiblə qarşılaşacaqsınız. “Simurq”a doğma meydanda qalib gələ bilməyən “Xəzər Lənkəran” “Qarabağ” kimi rəqiblə oyunda qələbəyə ümid edir?
- Futbol 90 dəqiqədən ibarətdir. Nə olacağını hamımız birlikdə görəcəyik. İnanıram ki, elə “Qarabağ” kimi koandaylar oyunda Premyer Liqadakı qələbələrimizə start verəcəyik. 
 
- Səncə, bu “Xəzər Lənkəran” çempionatda nəyə nail ola biləcək. Ümumiyyətlə çempionluğa namizəd hansı komandaları görürsən?
- Hələ bu barədə danışmaq çox tezdir. Çempionat indi başlayıb. Qarşıda hər şeyə aydnlıq gələcək.
 
- Deyəsən, “Makkabi”yə məğlubiyyətin psixoloji gərginliyini hələ üstünüzdən ata bilməmisiniz?
- Həmin oyunu heç vaxt xatırlamaq istəmirəm. “Makkabi”ylə matçı haqqında danışmayaq.
 
- Azarkeşlər sizdən heç olmasa çempionatın startında qələbə gözləyirdilər. Bəs, indi olara nə deyə bilərsən?
- Biz azarkeşlərimiz üçün qalib gəlmək istəyirik. Bunun üçün əlimizdən gələni edirik. Hər şey yaxşı olacaq. Çox sağ olsunlar onlar bizi dünənki oyundada tək buraxmadılar. Qarşıdakı oyunlarda qələbələrimizlə onları sevindirəcəyik.
 
- Növbəti oyunda qol vuracağına söz verirsən?
- Futbolda heç bir şeyə söz vermirəm.
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti