Nurlan Novruzov haqqında yazılanları təkzib etdi

17:18 - 12 Avqust 2013

Nurlan Novruzov: "Bu sözləri niyə yazdıqlarını da bilmirəm"

 

Bu gün mətbuatda dünən baş tutuan "Qarabağ" - "Sumqayıt" matçında "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla "Sumqayıt"ın futbolçusu Nurlan Novruzov arasında kiçik bir mübahisənin yaşandığı əks olunub.

 

Bu məsələni aydınlaşdırmaq üçün Nurlan Novruzovla əlaqə saxladıq. O, Sportal.az-a açıqlamasında belə bir hadisənin olmadığını dilə gətirib:

 

 

"Bəli, Sportinfo.az saytında mənlə və Rəşadla (Rəşad Sadıqov) bağlı sözlər yazıblar. Bu sözləri niyə yazdıqlarını da bilmirəm. Elə bir şey olmayıb. Əksinə, Rəşad meydanda öz işin görür, mən heç onun danışdığını eşitməmişəm. O, ancaq “pa futbolnu” danışır"

Xəbər xətti