Azərbaycan Premyer Liqasında legioner limiti yenə dəyişdirildi

13:44 - 14 Avqust 2013

6 legioner oynaya biləcək
 
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasında legioner limiti yenə dəyişdirilib. Qərara əsasən, yeni mövsümdən Azərbaycan çempionatında bir matçda əsas heyətdə yeddi yox, altı legioner oynayacaq, digər beş futbolçu isə yerli olmalıdır. Onlardan ikisinin yaşı 21-i keçməməlidir.
 
Xatırladaq ki, hazırda çempionatımızdakı legioner limiti 7+3-1 qaydasındadır.
Bundan başqa, bu mövsüm Topaz Premyer Liqada sonuncu yeri tutan komanda birinci diviziona düşəcək, birinci divizionun qalibi isə Premyer Liqaya yüksələcək.

Xəbər xətti