"...komandam üçün ən yaxşısını edəcəm"
"Xəzər Lənkəran" qapıçı şoku yaşayır. Komandanın qapı xəttində problemləri var. Duqlas Leyte artıq bir müddətdir ki zədəlidir. Orxan Sadıqlı da "Simurq"la oyunda zədələnib. Belə də komandanın ümidi yalnız gənc qapıçı Tərlan Qasımzadəyə qalıb.
Gəncə qapıçı əsas komandada debüt etmək şansı qazanıb. Qasımzadə bununla bağlı Sportal.az-a açqlamasında bunları deyib:
"Düzdü, qapıçılar Orxan Sadıqlı və Duqlas Leyte zədəlidir. Amma hələ mənim meydana çıxmağım dəqiq deyil. Ola bilər ki, onlardan hansısa oyuna qədər zədəsini sağaltsın. Yox, əgər mənə şans veriləcəksə, meydanda komandam üçün ən yaxşısını edəcəm. Bacarığm nədirsə, onu göstərməyə çalışacağam".
saytlarin hazirlanmasi