Yunis Hüseynov: "Heç, biz Maltanı uda bilməmişik"

15:39 - 14 Avqust 2013

"Ümid etmirəm ki, orada xal götürə bilək"
 
“Bu gün millimizin yoldaşlıq oyunu keçirməsi vacib idi. Keçən dəfə oxudum ki, deyəsən heç biz Maltanı uda bilməmişik. Güclü komanda ilə oynasaydıq daha yaxşı olardı. İsraillə Maltanı müqayisə edəndə, əlbəttə ki, İsrail daha güclüdür. Mənə elə gəlir ki, Malta da zəif rəqib deyil. Bu maçtda milli komandamızdan qələbə gözləyirəm". 
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın sabiq baş mşqçisi Yunis Hüseynov deyib. Yüseynov milli komandamızın qarşıdakı oyunlarına da şərh verib:
 
"Qarşıdakı 3 oyunda millimiz İsraillə çətinlik çəkəcək. Çox ağır oyun olacaq. Ümid etmirəm ki, orada xal götürə bilək. Şimali İrlandiya ilə ev oyununda qalib gələcəyik. Rusiya ilə oyun barəsində heç nə deyə bilmərəm. Ola bilsin ki, Rusiya daha əvvəl Dünya Çempionatına vəsiqəni təmin etsin və həmin oyun onlar üçün formal xaraketr daşısın. Yalnız bu halda xal götürmək olar.
 
Bu gün verilən qərarlar gələcəyə doğru müsbət addımlardan biridir. Mən həmişə istəmişəm ki, yerli futbolçular oynasın. Gələcəkdə isə görəcəyik ki, bu verilən qərarlar Premyer Liqamıza necə təsir edəcək. Mənə elə gəlir ki, bu  qərar heç bir futbolçunun qiymətinə təsir etməyəcək.”

Xəbər xətti