Əsgər Abdullayev: "Artıq yerli oyunçulara üstünlük verməyin vaxtıdır"
“21 yaşlı futbolçuların limitinin aşağı salınması müsbət haldı. Əvvəlcə aşağı dəstədə 8 futbolçunun meydanda olması vacib idisə, bu 6-ya endirildi. Düzü, 21 yaşlı futbolçu tapmağa çətinlik çəkirdik. Min bir əziyyətlə komandanı formalaşdırmışıq, amma bu istər-istəməz aşağı dəstənin oyunlarının səviyyəsini aşağı salacaqdı".
Bu sözləri Sportal.az-a açıqlamasında "Araz"ın baş məşqçisi Əsgər Abdullayev eyib. Abdullayev bu gün verilən qərarlara da münasibət bildirib:
"İcraiyyə Komitəsinin çıxartdığı yeni qərara əsasən meydanda 5 təcrübəli oyunçunun oynaması bir qədər işimizi rahatlaşdırdı. Ən azından indi gənclər meydanda olan təcrübəli futbolçulara baxıb nəsə götürəcəklər. Digər tərəfdən start heyətə 6 futbolçunun düşməsi gənclər arasında rəqabəti artıracaq. O ki qaldı yüksək dəstəsdə legioner limitinin aşağı salınmasına, bu yaxşı haldır. Artıq yerli oyunçulara üstünlük verməyin vaxtıdır. Ən azından bu ölkə futbolunda gələcəyə atılmış bir addımdır”.
saytlarin hazirlanmasi