I divizionda yeni klub

21:25 - 14 Avqust 2013

"İçərişəhər" komandası yaradıldı
 
I divizionda yeni klub yaradılıb.
 
 
Bu, "İçərişəhər" komandasıdır. Komandanın icraçı direktoru Zİya Əliyev "İçərişəhər" haqqında Sportal.az-a məlumat verib:
 
"Komandanın təsisçiləri Zİya Əliyev və Sahib Mehdiyevdir. Ziya Əliyev həm də klubun icraçı direktorudur. Komanda oyun və məşqlərini "Bayıl Arena"da keçirir. Klubun baş məşqçisi Vladislav Ledyayev, kapitan isə AZAL-ın sabiq üzvü Nuqzar Kvirtiyadır. Yaxın günlərdə komandaya lisenziya veriləcəyi gözlənilir. Sponsorlarla danışıqlar gedir. Yaxın günlərdə mətbuata açıqlama verəcəyik"

Xəbər xətti