Qurban Qurbanov və Rövnəq Abdullayev birlikdə millinin oyununda

21:53 - 14 Avqust 2013

AFFA prezidenti "Qarabağ"ın baş məşqçisi ilə milli komandanın oyununa baxır
 
Hazırda davam edən Azərbaycan-Malta yoldaşlıq görüşündə çox maraqlı bir məqam diqqət çəkib.
 
Sportal.az xəbər verir ki, qarşılaşmanı VİP-lojadan AFFA-nın prezidenti Rövnəq Abdullayev və PFL-in prezidenti Ramin Musayev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla birgə izləyirlər. Qurban Qurbanovun matçı AFFA prezidenti ilə birgə izləməsi qurum rəhbərinin ona olan etibarının göstəricisidi. 
 
Bu, eyni zamanda milli komandaya Qurban Qurbanovun rəhbərlik etmək ehtimalının çox böyük olmasına bir işarədir.  

Xəbər xətti