Qələbə məhz Bakıda keçirilən oyuna təsadüf edir
Premyer Liqanın 3-cü turuna şənbə günü keçiriləcək “Neftçi” – “Simurq” oyunu ilə start veriləcək.
Sportal.az xəbər verir ki, komandaların arasındakı oyunların balansına nəzər saldıqda qonaqların son 8 oyunda qələbə qazana bilmədiklərini görmək olar. Buna qədər keçirilmiş 16 qarşılaşmadan yalnız birində qələbə qazanan Zaqatala təmsilçisi 4 dəfə rəqibi ilə heç-heçə edib.
Qeyd edək ki, “Simurq”un “Neftçi” üzərindəki yeganə qələbəsi məhz Bakıda keçirilən oyuna təsadüf edir.
III tur
17 avqust (şənbə)
11. “Neftçi” (Bakı) – “Simurq” (Zaqatala)
+11=4-1, top fərqi 25-7
03.11.2006 Neftçi (Bakı) - Simurq (Zaqatala) 1:0
03.05.2007 Simurq (Zaqatala) - Neftçi (Bakı) 0:1
28.10.2007 Neftçi (Bakı) - Simurq (Zaqatala) 2:1
19.04.2008 Simurq (Zaqatala) - Neftçi (Bakı) 0:0
30.08.2008 Neftçi (Bakı) - Simurq (Zaqatala) 0:0
08.03.2009 Simurq (Zaqatala) - Neftçi (Bakı) 0:2
27.09.2009 Neftçi (Bakı) - Simurq (Zaqatala) 0:1
26.12.2009 Simurq (Zaqatala) - Neftçi (Bakı) 0:0
21.08.2010 Neftçi (Bakı) - Simurq (Zaqatala) 4:0
19.02.2011 Simurq (Zaqatala) - Neftçi (Bakı) 0:3
30.09.2011 Simurq (Zaqatala) - Neftçi (Bakı) 1:2
04.12.2011 Neftçi (Bakı) - Simurq (Zaqatala) 4:2
31.10.2012 Neftçi (Bakı) - Simurq (Zaqatala) 2:1
17.02.2013 Simurq (Zaqatala) - Neftçi (Bakı) 0:2
13.04.2013 Simurq (Zaqatala) - Neftçi (Bakı) 0:1
09.05.2013 Neftçi (Bakı) - Simurq (Zaqatala) 1:1
Hər iki komanda cari mövsümə uğurla başlayıb. Son çempion “Neftçi” ilk turda qələbə qazanaraq “Qarabağ” və “Qəbələ” ilə zirvəni paylaşır. İki turda rəqib qapısından 6 qol keçirən paytaxt komandasının qollarının yarısını özbəkistanlı hücumçu Bahodir Nasimov vurub. Rəqibi kimi cari mövsümdə məğlub olmayan “Simurq” isə həm də qapısından qol buraxmayan yeganə komandadır.
saytlarin hazirlanmasi