Kamran Əlibabayev: "Bu da futbolumuzu bədbəxtçiliyə aparır"

15:05 - 15 Avqust 2013

"Onlar I Divizionda oynamayıb, bəs harda oynasınlar?"
 
“Əslində bizim komandanın əksəriyyəti gənclərdir. Ötən mövsüm heyətin çoxunu 18-20 yaş arası futbolçular təşkil edir. 21 yaşına qədər limitin qoyulması bizim üçün elə də problem yaratmayacaqdı.
 
Bu sözləri Sportal.az-a açıqlamasında “Şahdağ” klubunun baş məşqçisi Kamran Əlibabayev deyib. Məşqçi İcraiyyə Komitəsinijn birinci divizionla bağlı verdiyi qərara münasibət bildirib:
 
“Ancaq bir məsələ var ki, bu I Divizionun oyunlarının səviyyəsini aşağı düşməsinə gətirib çıxarırdı. Yeni çıxarılan qərara, yəni meydanda 21yaşlı futbolçuların sayının 8-dən 6-ya endirilməsi normal qərardır. 5 daha təcrübəli futbolçunun yanında oynayan gənc futbolçular onlardan nəisə götürə bilər. Əslində peşəkar kluba qarşısında qərar çıxarılması düzgün deyil.
 
I Divizionda iştirak edən komanda sabahı Premyer Liqaya vəsiqə qazanmış bir komandadır. Onda, kubok oyunlarında güclülər dəstəsinin komandalarına belə qərar verilsin ki, onlarda da 6 nəfər 21 yaşıl futbolçu meydanda olsun. Qərar verilərkən, bu qərar futbol ictimaiyyəti arasında müzakirə edilib sonra qərar çıxarmaq lazımdır. Başa düşürəm, AFFA-da oturanların çox işləri olur, ola bilər başları qarışır. Lakin orada futbolu bilən insanlar da var. Onlarla məsləhətləşmək lazımdır. Onlar da danışmayanda, çıxarılan qərarlar yalnış olur. Bu da futbolumuzu bədbəxtçiliyə aparır. Futbolumuzun inkişafını düzgün istiqamətləndirmək üçün danışmaq da lazımdır.
 
Ötən ilə müqayisədə aşağı dəstədə bu il mübarizə daha gərgin keçəcək. Artıq iddialıların sayı artıb. Yeni mövsümdə bizimlə bərabər çıxış edəcək “Araz” və “İçərişəhər” komandalarına uğurlar arzulayıram. Məndən olsa, aşağı dəstədə komandaların sayı nə qədər artsa, daha yaxşı olar. Heç olmasa 20 komanda aşağı dəstədə mübarizə aparsa, bu gələcəkdə Premyer liqaya vəsiqə qazanan komandaların sayını da artıra bilər. Bilirsiz aşağı dəstədə komandaların sayının artmasını niyə çox istəyirəm?. Çünki bizdə I Diviziondan başqa aşağı liqa yoxdur. Komanda çox olsa, yerli oyunçularımızın oynaması üçün şərait yaranır və təcrübə yaranır. Bizim özümüzdə bir neçə gənc oyunçu var ki, milli komandaya çəlb olunurlar. Həmin oyunçular yüksək dəstə təmsilçilərinə düşə bilmirlər. Çünki orada legionerlərə üstünlük verilir. Onlar I Divizionda oynamayıb, bəs harda oynasınlar?. Komandaların sayının artması gənclərin yolunu açır”.

Xəbər xətti