"Sumqayıt" - "Qəbələ": İlk qələbə ümidində

15:25 - 15 Avqust 2013

4 oyunda "Qəbələ" qalib gəlib
 
Premyer Liqanın 3-cü turunda “Sumqayıt” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, “Sumqayıt” klubunun “Qəbələ” ilə oyunlarında üstünlük qonaqlardadır. Buna qədər keçirilmiş dörd qarşılaşmanın hamısında “Qəbələ” qalib gəlib.
 
14.08.2011       Sumqayıt Şəhər - Qəbələ           1:2
 
04.12.2011       Qəbələ - Sumqayıt Şəhər            3:1
 
26.08.2012       Qəbələ - Sumqayıt                       4:1
 
08.12.2012       Sumqayıt - Qəbələ                       0:1
 
İki turdan sonra qapısından hamıdan çox – 6 qol buraxan “Sumqayıt” mövsümün iddialı klublarından oıan “Qəbələ” ilə oyuna ciddi itki ilə çıxacaq. Son turda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Vurğun Hüseynov bu tur komandasına kömək edə bilməyəcək. Təcrübəli rusiyalı məşqçi Yuri Syominin başçılığı altında inamlı çıxışı ilə diqqətləri üzərinə çəkən “Qəbələ” ilk turda “Bakı”nı, ötən turda isə “İnter”i məğlub edə bildi.
 
Qeyd edək ki, komanda hər iki oyunda əzmkar oyun göstərdi və oyunların taleyini əvəzetmədən meydana daxil olan oyunçular həll etdi.  

Xəbər xətti