Bu komandalar arasında indiyədək 10 heç-heçə qeydə alındı
Premyer Liqanın 3-cü turu paytaxt derbisi ilə səciyyələnəcək.
Sportal.az xəbər verir ki, ilk iki turda məğlub olan “İnter” klubu “Şəfa” stadionunda AZAL-ı qəbul edəcək. Bu komandalar arasında indiyədək keçirilmiş 18 oyundan 10-u heç-heçə ilə başa çatıb. Hərəyə dörd qələbə qazanan komandaların top fərqində üstünlük AZAL-dadır. Komanda AZAL adlanandan bəri “İnter”ə məğlub olmayıb – son 8 qarşılaşmanın 6-sı heç-heçə başa çatıb, iki oyunda isə “təyyarəçilər” qalib gəlib. Komandalar arasında ən populyar hesablar 0:0, 1:0 və 1:1-dir.
04.12.2005 Olimpik (Bakı) - İnter (Bakı) 0:0
06.05.2006 İnter (Bakı) - Olimpik (Bakı) 1:0
23.09.2006 İnter (Bakı) - Olimpik (Bakı) 0:0
12.05.2007 Olimpik (Bakı) - İnter (Bakı) 1:0
16.09.2007 Olimpik (Bakı) - İnter (Bakı) 1:0
28.04.2008 İnter (Bakı) - Olimpik (Bakı) 2:0
10.08.2008 Olimpik (Bakı) - İnter (Bakı) 1:1
15.02.2009 İnter (Bakı) - Olimpik (Bakı) 1:0
13.09.2009 İnter (Bakı) - Olimpik-Şüvəlan (Bakı) 2:2
13.12.2009 Olimpik-Şüvəlan (Bakı) - İnter (Bakı) 0:1
16.10.2010 AZAL (Bakı) - İnter (Bakı) 5:0
11.12.2010 İnter (Bakı) - AZAL (Bakı) 1:1
03.04.2011 AZAL (Bakı) - İnter (Bakı) 1:0
13.05.2011 İnter (Bakı) - AZAL (Bakı) 0:0
17.09.2011 AZAL (Bakı) - İnter (Bakı) 1:1
26.11.2011 İnter (Bakı) - AZAL (Bakı) 1:1
23.09.2012 AZAL (Bakı) - İnter (Bakı) 0:0
09.12.2012 İnter (Bakı) - AZAL (Bakı) 0:0
Qeyd edək ki, “İnter” cari mövsümə uğursuz başlayıb. Ötən çempionatın bürünc mükafatçısı hər iki qarşılaşmada məğlub olub. Həm “Qarabağ”la, həm də “Qəbələ” ilə oyunda Kaxaber Sxadadzenin yetirmələri hesabı açan tərəf olsa da, yekunda komanda məğlub olmuşdu. AZAL isə ilk oyunda “Neftçi”yə məğlub olsa da, ikinci turda minimal hesabla “Bakı”nı üstələmişdi.
saytlarin hazirlanmasi