Uğursuzluq zolağından çıxış yolu

16:00 - 15 Avqust 2013

III turda daha iki paytaxt klubu üz-üzə gələcək
 
Premyer Liqanın 3-cü turunda digər iki paytaxt klubu – “Bakı” və “Rəvan”ın qarşı-qarşıya gələcək.
 
Sportal.az xəbər verir ki, son iki mövsümdə Premyer Liqada 4 dəfə üz-üzə gələn paytaxt klubları bu dəfə turnir cədvəlinin son pillələrini bölüşürlər. Buna qədər keçirilən oyunların ikisində “Bakı” qalib gəlib, digər ikisində isə heç-heçə qeydə alınıb.
 
10.09.2011      Bakı - Rəvan (Bakı)               3:2
 
10.12.2011      Rəvan (Bakı) – Bakı              0:0
 
18.08.2012      Rəvan (Bakı) - Bakı               1:1
 
03.03.2013      Bakı - Rəvan (Bakı)               2:1
 
Qeyd edək ki, ilk iki turdan sonra uğursuz çıxış edən “Rəvan” baş məşqçi Ramil Əliyevlə yollarını ayırdı. Komandaya yeni təyin olunmuş baş məşqçi Vladislav Qədirov artıq vəzifələrinin icrasına başlayıb. İlk iki turda “Simurq” və “Neftçi” qarşısında 0-2 hesablı məğlubiyyətlər alan “Rəvan” Premyer Liqada qol hesabını açmayan yeganə komandadır. Ötən mövsüm klubun əsas qol ümidlərindən olan Mindauqas Kalonas yay transfer dövründə məhz “Bakı”ya transfer olunub. İlk iki turda qələbə və xal üzünə həsrət qalan üç komandadan biri olan “Bakı” bu tur daha bir oyunçunun transferini rəsmiləşdirə bilib. 32 yaşlı müdafiəçi Santos Araujo Yuananıstanın “PAOK” klubundan transfer olunub. Qeyd edək ki, hər iki komandanın heyətində cəzalı futbolçular var. “Rəvan”dan Miloş Adamoviç, “Bakı”dan isə Deividas Çesnauskis bu tur meydana çıxa bilməyəck. 

Xəbər xətti