"Bakı" "Rəvan"ı 18 avqustda qəbul edəcək
Premyer Liqada daha bir oyunun vaxtı dəyişdi.
Sportal.az xəbər verir ki, Premyer Liqanın III turunun “Bakı” – “Rəvan” oyunu klubların qarşılıqlı razılığı əsasında 19 avqust tarixindən 18 avqusta keçirilib.
Buna uyğun olaraq, klubların əvəzedici heyətləri arasında keçiriləcək oyun 18 avqust tarixindən 17 avqusta keçirilib.