"Ayntraxt"ın yeni transferi: "Qarabağ"ın son nəticələri bizi narahat edir"

12:42 - 16 Avqust 2013

Xoselu: "Biz hələ Bundesliqadakı vacib oyunlara köklənmişik"

 

"Bundesliqanın  ilk turunda gözlənilmədən böyükhesablı məğlubiyyətlə üzləşdik. "Qarabağ" klubu ilə oyuna hələ vaxtımız var. Biz hələ Bundesliqadakı vacib oyunlara köklənmişik."

 

Bu sözləri Sportal.az-a "Ayntraxt"ın yeni transferi Xoselu deyib. Xoselu "Qarabağ"ın Avropa Liqasındakı nəticələrinə də şərh bildirib:

 

"Qarabağ"ın son nəticələri bizi narahat edir. İnanıram ki, biz ilk oyunda sərfəli nəticə əldə edəcəyik. Bizim hələ öz çempionatımızda vacib oyunlar var."

Qeyd edək ki, Xoselu bu yay transfer dönəmində "Hoffenhaym" klubundan "Ayntraxt"a transfer olunub.

Xəbər xətti