"Xəzər Lənkəran"ın heyətində elə futbolçular var ki..." MÜSAHİBƏ

14:02 - 17 Avqust 2013

Rəşad Sadıqov: "Hələ ki Premyer Liqa oyununu düşünürük"
 
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun Sportal.az-a müsahibəsi
 
-Əvvəlcə “Xəzər Lənkəran”a qarşı meydana çıxmayacağın deyilirdi. Bu məsələ nə yerdədir?
- Axşam məşqimiz var. Hələki belə bir ciddi bir şey yoxdur. İnşallah, sabahkı oyunda meydana çıxaram. Boynumda bir az ağrılar var idi. Onlar yavaş-yavaş düzəlir.
 
- Milli komandanın oyununda da bu səbədən meydana çıxmadın?
- Yox, oyundan qabaq Berti Foqts mənimlə Maksimi yanına çağırıb dedi ki, 3 gündən bir meydana çıxırısız. Bu ağır olur sizin üçün. Ona görə də bu oyunda sizi start heyətdə meydana buraxmayacağam. Təbii ki, o da bizim xeyrimizə olan bir amil idi.
 
- Çempionatın ilk iki turuna iddialı başlamısınız. Sabah da “Xəzər Lənkəran”la çətin oyununuz var...
- Əlbəttə, çətin komandadır. Gərgin oyun olacaq. “Xəzər Lənkəran” həmişə iddialı və güclü komanda olub. Bizi onlarla ağır oyun gözləyir. İnanırıq ki, əlimizdən gələni edib qalib gələcəyik.
 
- Mütəxəssislər “Xəzər Lənkəran”ın hal-hazırda heç də özündə olmadığını deyir. Bu səbəbdən də “Qarabağ”ın bu oyunda asan qələbə qazanacğını düşünürlər...
- Yox, mən bu fikirlərlə razı deyiləm. Çünki “Xəzər Lənkəran”ın heyətində elə futbolçular var ki, oyunun taleyini həll edə bilərlər. Ona görə də arxayınlaşmaq və ya belə şeylər düşünmək lazım deyil.
 
- Hamı səbirsizliklə “Qarabağ”ın “Ayntraxt”la oyununu gözləyir...
- Bu barədə hələ danışmaq tezdir. Çünki sabah güclü bir rəqibə qarşıı oynayırıq. Ondan sonra “Ayntraxt” barədə danışarıq. Çox vaxtımız olacaq.
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti