Skarlatake: "Hakim oyunu "öldürmək" üçün bu yola əl atdı"

22:33 - 18 Avqust 2013

"Bu, biabırçılıqdır"
 
"Biz oyunda məğlub olduq. İlk hissəni zəif oynadıq. Amma ikinci hissəyə yaxşı başlamışdıq. Lakin hakim oyunumuzu "söndürdü".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın müdafiəçisi Manuel Skarlatake deyib. Rumın futbolçu komandasının qapısına təyin olunmuş penalti barədə danışıb:
 
"Belə biabırçılıq olmaz. Bu necə penaltidir? Mənim nə əlim topa dəymişdi, nə də rəqibə qarşı kobud oynamışdım. Biz ikinci hissəyə təzyiqlə başlamışdıq. Ona görə də hakim oyunu "öldürmək" üçün bu yola əl atdı".

Xəbər xətti