"Sən Hakimlər Komitəsinin sədri olanda..."

02:27 - 19 Avqust 2013

Hüseyn Cəbrayıloğlu: "Azərbaycan futbolundan Xəqani Məmmədovlar, Rəhim Həsənovlar getməyəcək axı"

 

“Bu oyunda “Qarabağ” azarkeşləri bizim fubolçuları matç boyu söydülər. Sözün düzü, mən buna inana bilmirdim. Çünki bizim fanatlar avrokubok oyunlarında “Qarabağ”a dəstək olurdular”.

 

Bu sözləri “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında bildirib. Klub rəsmisi matçın nəticəsinə də toxunub :

 

“Nəticəyə görə baş məşqçi məsuliyyət daşıyır. Rəhbərlik baş məşqçidən nəticə tələb edir. Mən bu haqda nə isə deyə bilmərəm”.

 

 

Mətbuat xidmətinin rəhbəri oyunun ən mübhisəli qərarı penalti epizoduna da münasibət bildirib:

 

 

“Rəhim Həsənov olmayan bir penalti verdi. Bilmirəm, o, bunu haradan uydurdu. Həmin epizodu diqqətlə izləsək, görərik ki, orada penaltidən söhbət gedə bilməz. Lakin Rəhim gördü ki, “Xəzər Lənkəran” hesabı bərabərləşdirməyə yaxındı, “Qarabağ” lehinə qərar verməyə başladı. Əgər Rəhim Həsənovun vicdanı varsa, oturub həmin epizoda diqqətlə baxsın. Olmayan bir şeyə görə, bizim xallarımızı əlimizdən aldı. Bu oyun bizim üçün dönüş nöqtəsi ola bilərdi. Komanda ikinci hissə toparlanmışdı və qol vurmağa çox yaxın idik”.

 

Klub rəsmisi oyunun idarəçiliyi ilə bağlı oyunun prtokoluna şikayətlərini qeyd etdiyini də bildirib:

 

“Biz bu oyunun protokuluna öz şikayətimizi qeyd etmişik amma inanmıram ki, bu şikayətə baxsınlar. Baxarsız, bu həftə Rəhim Həsənova 9 bal verəcəklər.Protokola etirazımızı bildirmək üçün hakimlər otağına daxil olanda Rəhim Həsənovun yaynında matçın hakim-inspektoru Əli Hüseynovu gördüm. Dedim ki, :Əli müəllim, Allah sənin ölənlərinə rəhmət etsin, sən Hakimlər Komitəsinin sədri olanda belə biabırçı hakimlər və hakimlik yox idi”.

 

Mən bunu klub rəsmisi kimi yox, Hüseyn Cəbrayıloğlu kimi deyirəm:

 

“Bilirsiz, Toşaklar, Redniklər,Kaxaberlər gələcək və bir gündə gedəcək. Amma Azərbaycan futbolunda Rəhim Həsənovlar, Xəqani Məmmədovlar getməyəcək axı.”

Xəbər xətti