Məşqçi fikirləri
"Qarabağ" - "Xəzər Lənkəran" oyunundan sonra (2:0) hər iki komandanın baş məşqçisi oyun barədə fikirlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, "Qarabağ"a məğlubiyyətdən sonra "Xəzər Lənkəran"ın çalışdırıcısı Con Toşak uğursuzluqdan danışıb:
"Nəticələrə görə məsuliyyət mənim üzərimə düşür. 35 illik məşqçi karyeram var. Karyeram boyu uğurlarla yanaşı, uğursuz günlərim də olub".
Qurban Qurbanov: "Çox yaxşı komandaya qarşı oynadıq. İlk dəqiqələrdə topla yaxşı davrana bilmədik, dəqiqələr keçdikcə öz oyunumuzu tapdıq. “Xəzər Lənkəran” ilk üçlükdə olmalı komandadır. Yeni hücumçunun gəlməsi ilə “Xəzər Lənkəran” güclənib. Fikrimcə, “Xəzər Lənkəran”da yalnız qələbə çatışmır”.
saytlarin hazirlanmasi