"Qarabağ" - "Xəzər Lənkəran" oyunundan maraqlı epizodlar
Topaz Premyer Liqasının III turunun “Qarabağ” – “Xəzər Lənkəran” oyununun hakimliyi qonaqların narazılığına səbəb olub. Sportal.az xəbər verir ki, cənub təmsilçisinin rəsmi internet saytı qarşılaşmada baş verənlərə xüsusi yazı həsr edib.
Yazıda görüşün aşağı səviyyəli hakim idarəçiliyi ilə yadda qalması əks olunub: “Baş hakim Rəhim Həsənovun oyun ərzində yanlış və bir qayda olaraq qonaq komandanın əleyhinə yönələn qərarları qarşılaşmanın nəticəsinə də təsirsiz ötüşmədi. İlk qolun vurulmasından öncə təyin olunan cərimə zərbəsində, oyunun gedişində Sadio Tounkaraya qarşı edilən kobudluqlara göz yumulmasında hakimin matçı düzgün şəkildə idarə etmədiyini tam aydınlıqla müşahidə etmək mümkündür. 2-ci hissədə "Xəzər Lənkəran"ın qapısına təyin olunan penalti isə ümumiyyətlə heç bir əsas olmadan verilən qərardır. Bütün bunların oyunun videoyazısında da görmək mümkündür”.
Sayt qarşılaşmadan dərhal sonra Həsənovun idarəçiliyi ilə bağlı oyunun protokoluna qeyd edilən bütün narazılıqları da dərc edib: "Xəzər Lənkəran" klubu adıçəkilən oyundakı hakimliyə etirazını bildirir. Premyer Liqa oyunlarında bu səviyyəli idarəçiliyin olması yolverilməzdir. Komandanın hazırkı dönəmdə istədiyi oyunu göstərə bilməməsi, son nəticələrinin aşağı olması və bunlardan irəli gələn digər müvəqqəti problemlər olsa belə, heç kim "Xəzər Lənkəran"ın bu durumundan öz məqsədləri üçün istifadə edə bilməz, heç kim komandanın çətin günündə onu bir qədər də çətin vəziyyətə salmaq iqtidarında və ixtiyarında deyil. "Xəzər Lənkəran" klubu baş verənlərlə əlaqədar Peşəkar Futbol Liqası və Hakimlər Komitəsinə ciddi xəbərdarlıq edir”.
Rəsmi saytda qeydlərin edildiyi protokol, həmçinin mübahisəli epizodların videoları da yerləşdirilib.
İlk qoldan öncə təyin olunan cərimə zərbəsi. Ramaldanov rəqib futbolçuya qarşı heç bir kobudluq etməsə də, sonuncu ona toxunaraq yerə yıxılır və cərimə zərbəsi qazanır. Məhz bu cərimə zərbəsindən sonra edilən hücumlardan sonra hesab açıldı.
İlk qoldan öncə təyin olunan cərimə zərbəsi. Digər rakurs
Sadio Tounkaraya qarşı kobud oyun. Rəqib futbolçu Sadionun ayağına arxadan zərbə endirir. Bu hal bir neçə dəfə də təkrarlandı, lakin baş hakim buna heç bir reaksiya vermədi.
Təyin olunan penalti. Burada 11-metrlik zərbənin təyin olunması və Skarlatakeyə sarı vərəqənin verilməsini ümumiyyətlə heç cür izah etmək mümkün deyil
.
Təyin olunan penalti. Digər rakursdan.
Sadio Tounkaraya qarşı kobudluq. Rəqib futbolçu topu yerə olan Sadioya vurur.
Sadio Tounkaraya qarşı kobudluq. Digər rakurs.
saytlarin hazirlanmasi