"Xəzər Lənkəran"dan sonra "Neftçi" də ... VİDEO

02:15 - 20 Avqust 2013

Əliyar Ağayevin beş səhvi

 

Premyer Liqanın III turunda “Neftçi” “Simurq”la keçirdiyi oyundakı epizodlarla bağlı hakimlikdən narazılığını bildirib.

 

Sportal.az xəbər verir ki,"Xəzər Lənkəran"dan sonra "Neftçi" də matçın baş hakimi Əliyar Ağayevin səhvlərini yayımlayıb:



1. Rəqib futbolçu Flavinyoya qarşı qəsdən kobudluq etsə də, baş hakim Əliyar Ağayev tərəfindən cəzalandırılmır.

2. Baş hakim bu epizodda Bahodir Nasimovun qaydanı pozduğunu bildirirərək “Simurq”un xeyrinə cərimə zərbəsi təyin edir.

3. Əliyar Ağayev Elvin Yunuszadənin hərəkətini son ümid folu kimi qiymətləndirərək ona qırmızı vərəqə göstərir.

4. Rəqib futbolçu “Neftçi”nin təhlükəli hücumunun qarşısını əli ilə kəssə də, hakim sarı vərəqə göstərmir.

5. “Simurq” klubunun futbolçusu Rəşad Sadiqovun qarşısını aşkar kobudluqla alır. Qayda pozuntusunu qeydə alan Ə.Ağayev bu dəfə də sarı vərəqə göstərmir.

 

Xəbər xətti