Fikrət Hüseynov: "Biz komandaya iki yeni futbolçu dəvət etmişik"
“Bu futboldu. Məsələn, dünən heç kim gözləmirdi ki, “Sumqayıt” “Qəbələ”ni məğlub edəcək. AZAL-ın büdcəsi aşağı da olsa, komandanı belə səviyyəyə gətirmişik və bacardıqca iddialı yerlər uğrunda mübarizə aparacağıq".
Bu sözləri Sportal.az-a açıqlamasında AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov deyib. Hüseynov komandaya gələcək yeni futbolçular barəsində də məlumat verib:
"Mən ilk turda “Neftçi”yə məğlubiyyətdən sonra soyunub-geyinmə otağına girəndə hiss elədim ki, bizim komandada nəsə var və biz istəyimizə nail ola bilərik. Görürəm ki, bu futbolçular oynamaq istəyirlər. Mən son oyunlarda komandama inanırdım. Futbolçularımız hər bir nöqtədə mübarizə aparır.
Biz komandaya iki yeni futbolçu transfer etmişik. Bunlar Ferddi Berq və Yuri Famenkodur. Bu futbolçular da zədələnib. “İnter”lə oyunda da Vaqif Sadıqov bəzi dəyişikliklər əl atdı və bu da öz müsbət nəticəsini verdi.
Biz komandaya iki yeni futbolçu dəvət etmişik. Biri Portuqaliyalı müdafiəçi, biri isə braziliyalı hücuma meyilli yarımmüdafiəçidir. Bir-iki günə həmin futbolçular Bakıya gələcək. İstəyirik ki, ən azı qışa kimi bizə kömək etsinlər.”
saytlarin hazirlanmasi