"Xəzər Lənkəran"ın yeni transferləri komandaya qoşulmalıdır"

17:01 - 20 Avqust 2013

Hüseyn Cəbrayıloğlu: "Azarkeşlər elə düşünür ki, bu yalançı vəddir"

 

"Yeni transferlər qısa müddətdə komandaya qoşulmalıdır. Sadəcə adlar və digər məlumatları açıqlamaq istəmirəm".

 

Bu sözləri "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında bildirib.

O, həmçinin yeni transferlərin adının açıqlanmamasının səbəbini də söyləyib:

 

"Bəzən xırda bir anlaşılmazlıq keçidə mane olur, ona görə də azarkeşlər düşünür ki, bu sadəcə yalançı vəddir, onsuzda transfer pəncərəsinin bağlanmasına az qalıb və yaxın müddətdə hər şey açıqlanacaq".

Xəbər xətti