"Bizim də çempionatda iki təmiz qolumuz sayılmadı"

15:43 - 21 Avqust 2013

Tahir Süleymanov: "Peşəkar Futbol Liqası elə klublar birliyi deməkdir"

 

Bu gün bir çox klublar hakimlərin idarəçiliyindən narazılıqlarını bildirirlər. Əksər Avropa ölkələrində həmçinin qardaş Türkiyədə də Klublar Birliyi adı altında fəaliyyət göstərən qurum var. Belə təşkilatın ölkəmizdə də yaranması ilə bağlı Premyer Liqada çıxış edən klub nümayəndələrinin fikrini öyrəndik. 

 

“Peşəkar Futbol Liqası bizdə bu işlərə nəzarət edir. Türkiyəni misal gətirdiniz. Orada Peşəkar Futbol Liqası yoxdur və siz dediyiniz belə bir qurum var. Bizdə Peşəkar Futbol Liqası elə Klublar Birliyi deməkdir və klubların federasiyada təmsilçisidir". 

 
Bu sözləri Sportal.az-a açıqlamasında "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib. Süleymanov hakimlərin çempionatdakı səhvlərinə də aydınlıq gətirib:
 
 
"Mən bir vitse-prezident kimi yox, sabiq FİFA referisi kimi deyə bilərəm ki, AFFA bizim hakimlərimiz üçün bütün şəraiti yaradıb. Hazırlıq dönəmini uğurla keçən hakimlərimiz Azərbaycan hakimlik ənənələrini layiqincə davam etdirirlər. Bizim hakimlik məktəbi dünyadan sayılıb-seçilən məktəblərdən biri olub. Artıq hakimlərimiz yüksək şəraitdə yaradılan stadionlarda oyunları idarə edərkən heç bir problemlərlə rastlaşmırlar. Çox təəssüf ki, hakimliklə bağlı narazılıqlar ilk turlardan yaranmağa başlayıb.
 
 
Hakimlər Komitəsi bu məslələrə yenidən baxmalıdır. Rəhim Həsənov, Əliyar Ağayev, Anar Salmanov, Fariz Yusifov kimi hakimlərimizin bacarıqları var ki, oyunları yüksək səviyyədə oyunları idarə etsin. Artıq FİFA-nın tələblərinə uyğun olaraq meydanda hakimlərin sayı artırılıb. Meydançada keyfiyyəti artırmaq lazımdır. Artıq çempionatımızda legioner futbolçuların səviyyəsi artmaqdadır. Mənim üçün ən qəribə məqam odur ki, bizim bu çempionatda iki təmiz qolmuz sayılmadı, “Qarabağ” – “Xəzər Lənkəran” oyununda özlərinin xəbəri olmadan elə qərarlar qəbul edirlər ki, bütün stadion donub qalır. Hakimlərin psixoloji durmlarını yaxşılaşdırmaq lazımdır.”

Xəbər xətti