"Klub strukturunun inkişafını təmin etmək istəyiriksə, biz bu qurumu yaratmalıyıq"

16:32 - 21 Avqust 2013

Yaşar Seyidov: "Klublar Birliyi ideyası çox gözəl fikirdi"
 
Bu gün bir çox klublar hakimlərin idarəçiliyindən narazılıqlarını bildirirlər. Əksər Avropa ölkələrində həmçinin qardaş Türkiyədə də Klublar Birliyi adı altında fəaliyyət göstərən qurum var. Belə bir təşkilatın ölkəmizdə də yaranması ilə bağlı Premyer Liqada çıxış edən klub nümayəndələrinin fikrini öyrəndik. 
 
“Klublar Birliyi ideyası çox gözəl fikirdi. Bəzən bunu düzgün başa düşmürlər. Bəziləri elə başa düşürlər ki, Peşəkar Futbol Liqası və müxalifət. Bu təşkilatı inkişaf etmiş ölkələr bacarıqla inkişaf etdirir."
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"nın icraçı direktoru Yaşar Seyidov deyib. Seyidov Klublar Birliyinin yaranmasının mütləq olduğunu vurğuladı:
 
"Bu təkcə hakimliklə bağlı bir şey deyil, ümumiyyətlə çempionatın gedişi ilə bağlı yaranmış bütün problemlərin həll olması deməkdir. Ümumiyyətlə klub strukturunun inkişafını təmin etmək istəyiriksə, biz bu qurumu yaratmalıyıq. Burada ancaq inkişafdan söhbət gedə bilər. Bu qurum klubların problərinin qabardılmasına xidmət etməlidir. Bu qruma futbolu bilən, futbolun gələcəyini düşünən insanlar daxil olmalıdır. 
 
Mənə elə gəlir ki, AFFA və Peşəkar Futbol Liqası ilə birlikdə bu qurum yaransa, ölkə futboluna müsbət nəticələrini verəcək. İnkişaf etmiş ölkələr bu təşklitdan istifadə edirsə, niyə də bizdə olmasın. Türkiyədə UEFA tərəfindən cəzalanan klubların arxasında kim durdu? Əlbəttə ki, klublar birliyi.”

Xəbər xətti