Georgi Nikolov: "Hakimlər həddindən artıq səhvlərə yol verirlər"
Bu gün bir çox klublar hakimlərin idarəçiliyindən narazılıqlarını bildirirlər. Əksər Avropa ölkələrində həmçinin qardaş Türkiyədə də Klublar Birliyi adı altında fəaliyyət göstərən qurum var. Belə bir təşkilatın ölkəmizdə də yaranması ilə bağlı Premyer Liqada çıxış edən klub nümayəndələrinin fikrini öyrəndik.
"Hər klub oyunlara baxır və hakimlərin ötən turlarda matçları necə idarə etdiyini qiymətləndirir. Biz də hazırda görürük ki, hakimlər oyunları düzgün idarə edə bilmir. Həddindən artıq səhvlərə yol verirlər".
Bu sözləri Sportal.az-a açıqlamasında "İnter"in prezidenti Georgi Nikolov deyib. Klub rəhbəri belə bir ideyanın Azərbaycanda olacağına inanmadığını bildirib:
"Ola bilər ki, PFL prezidenti Ramin Musayev də haqlı olaraq dedi ki, bu səhvlər yol verilməzdi. Amma onları bağışlamaq olar. Gəlin belə danışaq. Bilirsiz ki, klublar nə qədər güc sərf edir, çalışır ki, oyunlarda uğur qazansın, nəticə əldə etsin. Amma hakimlərin bir-iki səhvi oyunun axarına təsir edir. Bunlar bağışlanılmazdı. Bu səbəbdən məğlub olan komandaya görə, bu səhvləri bağışlamaq olmaz. Çünki bu, həm oyuna, həm də nəticəyə pis təsir edir. Elə olur ki, hakim bilməyərək səhvə yol verir. Onun üstündən keçmək olar. Amma bəzən də hakimlər bilə-bilə səhvə yol verir. Onları bağışlamaq olmaz.
İki il bundan qabaq bəzi klub nümayəndələrini yığdılar və təklif irəli sürdülər ki, belə bir qurum yaradılsın. O vaxt bu məsələ çox tənqid olundu və ortaq məxrəcə gələ bilmədilər. İndi bu məsələyə gəldikdə isə, düşünmürəm ki, belə bir addımın atılması və təşkilatın yaradılması bizə köməklik etsin. Məncə, Azərbaycanda belə bir şey ola bilməz.
saytlarin hazirlanmasi