"Hakimlər Komitəsi və PFL hakimliklə bağlı işləri düzgün aparmır"

23:40 - 21 Avqust 2013

Tuyqun Nadirov: "Hal hazırda bu işlə Peşəkar Futbol Liqası məşğul olur"
 
 
Bu gün bir çox klublar hakimlərin idarəçiliyindən narazılıqlarını bildirirlər. Əksər Avropa ölkələrində həmçinin qardaş Türkiyədə də Klublar Birliyi adı altında fəaliyyət göstərən qurum var. Belə bir təşkilatın ölkəmizdə də yaranması ilə bağlı Premyer Liqada çıxış edən klub nümayəndələrinin fikrini öyrəndik. 
 
“Fəaliyyət dərnəyi və səlahiyyətləri bilinməyən bir qurum haqqında fikir bildirmək istəmirəm".
 
Bu sözləri "Sumaqyıt"ın prezidenti Kamran Quliyev Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin bu fikri normal qarışladığını da söyləyib:
"Amma o sadaladıqlarım tərtib olunar və birlik olarsa, bu fikri normal saymaq olar.”
 
 
Tuyqun Nadirov ("Xəzər Lənkəran"ın vitse-prezidenti) :
 
"Mən hesab edirəm ki, bu qurum fəaliyyət göstərsə, yaxşı olar. Amma hal hazırda bu işlə Peşəkar Futbol Liqası məşğul olur".
 
"Hakimlər Komitəsi və PFL hakimliklə bağlı işləri düzgün aparmır, bu qurum bəzi klıublara komək edə bilər".

Xəbər xətti