Sabiq "Qarabağ"lı: "Qarabağ"ın şansları kifayət qədərdir" MÜSAHİBƏ

17:44 - 22 Avqust 2013

Artim Şakiri: "Reynaldonun yoxluğu probem olmayacaq"
 
"Qarabağ"ın sabiq futbolçusu Artim Şakirinin Sportal.az-a müsahibəsi
 
 - Bu gün Avroliqanın “pley-off” mərhələsində “Qarabağ” “Ayntraxt”la qarşılaşacaq. Bu oyun haqqında nə fikirləşirsiz?
- Yaxşı oyun olacaq. “Qarabağ” bu dəqiqə güclüdür. Fikrimcə, bir az oyuna adaptasiya ola biləslər, bu mərhələni də keçə bilərlər. Onsuz da “Qarabağ” Avroliqadakı uğurlu çıxışı ilə tanınır. 
 
- “Qarabağ”ın şanslarını necə dəyərləndirirsən?
- Rəqib çətin olsa da, mümkünsüz deyil. Məncə, “Qarabağ”ın növbəti mərhələ üçün kifayət qədər şansı var.
 
- “Ayntraxt”ın Bundesliqa klubu olması “Qarabağ”a problem yarada bilər?
- Mən düşünmürəm ki, “Ayntraxt” “Qarabağ”a çətinlik yaratsın. Yalnız “Qarabağ” rəqibdən çəkinməməlidir. 90 dəqiqə oyunda konsentrasiyanı itirməsələr evdəki oyundan qalib ayrılacaqlar.
 
- Reyanldonun zədəli olması komanda üçün nə dərəcədə itkidir?
- Futbol 11 futbolçu ilə oynanılır. Bütün oyunçular meydanda ən yaxşısını etməlidirlər. Həmçinin “Qarabağ” elə komandadır ki, onların heyətində Reynaldonu əvəz edə biləcək futbolçular var
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti