- Oynadığınız cinahda təkbətək mübarizələrin demək olar hamısında uduzurdunuz...
- Sözün düzü, 8 nömrəli futbolçu ilə oynayırdım. Bizə hər 2 qolu vuran 14 nömrələri isə hücumçu idi. Gördüyünüz kimi, 1,96 metr boya malik idi. Mənim belə boyda olan futbolçu ilə hava toplarına qalxmağım düz gəlməzdi. O, topu sırf ortada almırdı, açılırdı, gəlib arxadan alırdı. Boyda böyük fərq olduğundan, çətin idi və bu baxımdan mübarizələrdə uduzurduq.
- Səfər oyunu ilə bağlı nə düşünürsünüz?
- Bizi Almaniyada daha ağır oyun gözləyir. İndi əsas odur ki, gələn oyunumuza zədəli futbolçu olmasın. Bunu fikirləşməliyik.
- Şanslar nə dərəcədir?
- Baxır necə oynayacağıq. Gördüyüm kimi, onların müdafiə xətti o dərəcədə yüksək deyil. Fikirləşirəm ki, orda öz oyunumuzu oynasaq, onlara qalib də gələ bilərik. Baxır, oyuna necə başlayacağıq, rəqib necə sistem seçəcək. Rəqib pressinq edəndə, çıxa bilmirdik, irəli çıxmaqla bağlı çox problemlərimiz oldu.
- Reynaldonun oynamamağı problem yaratdı?
- Hiss olunurdu ki, onun olmamağı komandaya təsir edir. Silvanın mövqeyindən - yarımmüdafiənin sol cinahında hücumlar əvvəlki tək deyildi. Reynaldo bir az başqa futbol oynayır. Onu əvəzləyən Muarem də pis oynamadı. O, hesab 0:1 olandı, yüz faizli qol imkanını qaçırdı. Qol vursaydı, tam başqa cür olardı.