"AZAL keyfiyyət baxımından zəifləyib" VİDEO

22:45 - 23 Avqust 2013

Vaqif Sadıqov: "Heyətimizə daha iki futbolçu qatacağıq"

"Komandam çoxlu sayda qol vəziyyətlərindən istifadə edə bilmədi. AZAL keyfiyyət baxımından istədiyim oyunu göstərə bilmədi".
Sportal.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov "Sumqayıt" qalibiyyətindən sonra bildirib. O, həmçinin komandasının oyun səviyyəsinin artdığını da dilə gətirib:
"Neftçi" ilə oyundan sonra komandada artım olduğu hiss olunur. İndiki halda komandanı gücləndirmək lazımdır. Qarşıdakı bir həftədə daha iki oyunçu heyətimizə qatacağıq. Biz kollektiv olaraq rəqibin tam heyəti ilə daha yaxşı oynayırıq, nəinki rəqibdə azlıqda qalanda. Fredin oyunundan isə tam razı deyiləm".
 
 

Xəbər xətti