"Qarabağ" üç xalla qayıtdı
Bu gün Premyer Liqada IV tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, son oyun günündə 3 görüş keçiriləcək. Bu turda “Neftçi” “Xəzər Lənkəran”ın, “İnter” “Rəvan”ın, “Qarabağ” isə “Qəbələ”nin qonağı olacaq.
Günün ilk qarşılaşması Qəbələdə baş tutacaq. Eyni adlı komanda turnir cədvəlinə liderlik edən “Qarabağ”ı qonaq edəcək. Ötən tur gözlənilmədən “Sumqayıt”a uduzan Yuri Syominin komandası güclü rəqibindən xal almağa çalışacaq.
Autsayderlər qrupundə qərarlaşan “Rəvan” və “İnter” münasibətlərinə aydınlıq gətirəcək. Hələ ki, xal üzünə həsrət qalan komandalar bu tur qələbə qazanmaqla uğursuzluq seriyasına son qoymaq niyyətindədir.
Günün və turun ən maraqlı qarşılaşması Lənkəranda keçiriləcək. Azarkeşlərin böyük maraqla gözlədiyi və prinsipial cəhətdən “Böyük oyun” adlandırılan “Xəzər Lənkəran” – “Neftçi” dueli baş tutacaq. Demək olar ki, azarkeşləri gərgin və maraqlı oyun gözləyir.
Azərbaycan Premyer Liqası: 4-cü tur
25 avqust
18:00. “Qəbələ” – “Qarabağ” 0:1 (Oyun başa çatıb))
Qol: Vüqar Nadirov, 14,
Qəbələ şəhər stadionu. Saat 18:00
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Sərxan İsmayılov
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Xaqani Məmmədov
20:00. “Xəzər Lənkəran” – “Neftçi” 0:0
Lənkəran şəhər Mərkəzi stadionu. Saat 20:00
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Gülağa Cabarov
20:00. “Rəvan” – “İnter” 1:5
Qollar: Kastro Tello,12 - Brüs Abdulaye,18, Baçana Tsxadadze,30,37,41 Asif Məmmədov,89
Bayıl Arena” stadionu, 20:00
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rza Məmmədov, Namiq Bəkirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Akif Məmmədov
saytlarin hazirlanmasi