Azarkeşlər "Sumqayıt" - "Qəbələ" matçını unutmadı
Azərbaycan Premyer Liqasının III turunun "Sumqayıt" - "Qəbələ" matçı bəzi qalmaqallarla yadda qalmışdı.
Sportal.az xəbər verir ki, matçda oyunu idarə idən hakim Orxan Məmmədovun idarəçiliyi birmənalı şəkildə qəbul edilməmişdi. Oyunda "Qəbələ"yə qarşı açıq-aşkar edilən kobudluqara göz yuman Məmmədov bu gün keçirilən "Qəbələ" - "Qarabağ" matçında da azarkeşlərin diqqətindən yayınmayıb.
Belə ki, matçın gedişatında "Qəbələ" azarkeşləri belə plakat açıblar: "Orxan kimi hakimlərlə futbolumuz inkişaf etməyəcək." Bununla da Qəbələ fanatları Hakimlər Komitəsinə öz etirazlarını bildiriblər.
saytlarin hazirlanmasi